UEFA Avropa Liqası: "Sabah" ilk görüşdə son dəqiqələrdə buraxdığı qolla məğlub oldu

UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində "Sabah" "Selye" 2:3 hesabı ilə məğlub olub.
Ev sahibləri üçüncü qolu son saniyələrdə buraxıblar.
Qolları "Sabah"ın tərkibində P.Safranko (3, 18), "Selye"dən F.Kovaçeviç (7, 48) və D.Hrka (90+4) vurublar.
Qeyd edək ki, komandalar arasında cavab görüşü iyulun 17-də keçiriləcək.
***20:05
UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində "Sabah" "Selye"ni qəbul edir.
"Sabah" ilk dəqiqələrdə Safrankonun qolu ilə hesabı açıb - 1:0.
Qeyd edək ki, "Bank Respublika Arena"da keçirilən matçı qazaxıstanlı Daniyar Saxi idarə edir.
***19:59
UEFA Avropa Liqasının I təsnifat mərhələsində "Sabah" - "Sele" matçına start verilib.
Qarşılaşma Masazırdakı "Bank Respublika Arena"da keçirilir.
Görüşü qazaxıstanlı referi Daniyar Saxi idarə edir.
***19:41
UEFA Avropa Liqasının I Təsnifat mərhələsində bu gün ilk matçını keçirəcək "Sabah" və "Sele" (Sloveniya) komandalarının start heyətləri açıqlanıb.
Masazırdakı Bank Respublika Arenada baş tutacaq görüş saat 20:00-da start götürəcək.
Komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar:
"Sabah": Stas Pokatilov, Steve Solvet, Rəhman Daşdəmirov, Abdullah Xaybulayev, Anatoli Nuriyev, İvan Lepiniytsa, Pavol Şafranko (K), Coy-Lens Mikels, İqor Noquera, Akim Zedadka, Xəyal Əliyev
"Sele": Simon Sluqa, Xuano Nieto, Damyan Vuklişeviç, Artemiyus Tutişkinas, Mario Kvesiç, Franko Kovaçeviç, Daniyel Şturm, Milot Avdili, Mark Zabukovnik, Nikita Yosifov, Jan Karniçnik (K)
Oxşar xəbərlər
"Sumqayıt" klubu ilk transferini açıqlayıb
Yeni mövsüm üçün heyət çalışmalarına start verən "Sumqayıt" FK ilk futbolçu keçidini reallaşdırıb. BAKU.WS xəbər verir ki, bu barədə klubun Mətbuat Xidməti məlu...