"Sabah"ın baş məşqçisi: "Ölkədə təkcə "Qarabağ" yox, başqa komandalar da var"
"Mən buraya gəlmişəm ki, "Sabah" haqda suallara cavab verim. Nəyə görə daim "Qarabağ" haqda suallar verirsiniz? Bu məsələyə də münasibət bildirmək istəmirəm".
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu sözləri "Sabah"- "Araz-Naxçıvan" matçından sonra keçirilən mətbuat konfransında Bakı klubunun baş məşqçisi Valdas Dambrauskas "Neftçi" - "Qarabağ" matçının təxirə salınması ehtimalı ilə bağlı suala cavab verərkən söyləyib.
"Qarabağ" haqda soruşmaq istəyirsinizsə, onların oyununa gedib, baş məşqçisinə sual verə bilərsiniz. "Sabah"ın oyununa gəlirsiniz və mənə "Qarabağ" haqda sual verirsiniz. Bu, haradasa hörmətsizlikdir. Siz bizə də hörmətlə yanaşın, bu ölkədə təkcə "Qarabağ" mövcud deyil, başqa komandalar da var. Mən "Qarabağ"a, gördükləri işə böyük hörmətlə yanaşıram", - deyə baş məşqçi vurğulayıb.
Qeyd edək ki, Misli Premyer Liqasında XIX turun ilk qarşılaşmasında "Sabah" evdə "Araz-Naxçıvan"ı 4:1 hesabla məğlub edib.
Oxşar xəbərlər
Leandro Andrade: "Dünyanın ən yaxşılarına qarşı mübarizə aparmaq xüsusi hissdir"
"Bu, bir faktdır ki, biz tarix yazdıq və bu, heç vaxt unudulmayacaq bir nailiyyətdir". BAKU.WS xəbər verir ki, bunu AZƏRTAC-a "Qarabağ"ın kaboverdeli yarımmüdaf...