"Sabah"ın 103 yaşlı rəqibi: 8 dəfə Finlandiya çempionu olan "KuPS" - TANITMA

Sabahın 103 yaşlı rəqibi: 8 dəfə Finlandiya çempionu olan KuPS - TANITMA
İdman 34

"Sabah"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində rəqib olan "KuPS" Finlandiyanın ən köklü və uğurlu klublarından biridir.

BAKU.WS report-a istinadən xəbər verir ki, klub 1923-cü ildə Kuopio şəhərində təsis edilib.

Sarı-qara rəngləri ilə tanınan kollektiv uzun illərdir ölkənin yüksək liqası - Veikkausliqanın daimi iştirakçılarındandır.

Komanda son illərdə həm daxili yarışlarda, həm də avrokuboklarda diqqətçəkən çıxışı ilə seçilir. 2025/2026 mövsümündə isə UEFA Konfrans Liqasının əsas mərhələsinin iştirakçısı olub.

"KuPS" ev oyunlarını 5 000 azarkeş tutumuna malik "Vare Arena"da keçirir.

Klubun əsas sahibi və prezidenti Ari Lahtidir. Komanda məhz onun rəhbərliyi dövründə həm maliyyə, həm də nəticələr baxımından inkişaf yolu keçib. Baş məşqçi isə 34 yaşlı yerli mütəxəssis Miika Nuutinendir.

"Sarı-qaralar" 1956, 1958, 1966, 1974, 1976, 2019, 2024 və 2025-ci illərdə Finlandiya çempionu olub. Komanda 1968, 1989, 2021, 2022 və 2024-cü illərdə isə ölkə kubokuna sahib çıxıb.

Hazırkı ölkə çempionunun heyətində yerli futbolçular üstünlük təşkil etsə də, Avstriya, Qana, Fransa, Argentina, Fildişi Sahili, İsveç və Uqandadan legionerlər də var.

"KuPS" UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində çətinliklə olsa da, Şimali Makedoniyanın "Vardar" komandasını məğlub edib. Kuopio təmsilçisi səfərdə baş tutan görüşdə 2 cavabsız qolla qələbə qazansa da, ötən gün evdə gerçəkləşən cavab matçında eyni hesabla uduzub. Əlavə vaxtda rəqibini 2:1 hesabı ilə üstələyən "sarı-qaralar" II təsnifat mərhələsinə vəsiqə qazanıb.

Xatırladaq ki, UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları 17 iyulda, cavab matçları 21-22 iyulda baş tutacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər