"Sabah" Azərbaycan Basketbol Liqasının finalına yüksəlib
25
apr
2026
16:17
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
"Sabah" Azərbaycan Basketbol Liqasının finalına vəsiqə qazanıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, Bakı klubu yarımfinalın ikinci görüşündə "Gəncə"ni səfərdə məğlub edib.
Gəncə İdman Sarayında keçirilən görüş qonaqların 78:73 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə Bakı klubu ilk oyunda da (96:67) qalib gəldiyi üçün finala adlayan tərəf olub.
Qeyd edək ki, yarımfinalın ikinci görüşləri çərivəsində növbəti qarşılaşma sabah "Neftçi" və "Abşeron Lions" komandaları arasında baş tutacaq.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...