Rza Kayaalp azərbaycanlı güləşçinin formasındakı Azərbaycan bayrağını öpdü - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Rumıniyada keçirilən güləş üzrə Avropa çempionatında kişilər arasında 130 kiloqram çəki dərəcəsində yarımfinal görüşündə türkiyəli güləşçi Rza Kayaalp azərbaycanlı rəqibi Beka Kandelakini məğlub edərək finala yüksəlib.
BAKU.WS xəbər verir ki, 34 yaşlı güləşçinin qarşılaşmadan dərhal sonra rəqibinin formasındakı Azərbaycan bayrağını öpərək başına qoyması anlar böyük rəğbətlə qarşılanıb.
Qeyd edək ki, Rza Kayaalp bu gün Sergey Semenovu məğlub edib qızıl medal qazansa, rusiyalı Aleksandr Karelini keçərək 13 çempionluqla rekordun yeganə sahibi olacaq.
Oxşar xəbərlər
Dünya çempionatı: Azərbaycanın daha bir cüdoçusu bürünc medal qazanıb - YENİLƏNİB
Azərbaycanın daha bir yeniyetmə cüdoçusu Ramazan Əhmədov Xorvatiyada keçirilən dünya çempionatında bürünc medal qazanıb "Report"un Zaqrebə ezam olunmuş əməkdaşı...