Rusiyada bu klubun azarkeşləri cəbhəyə göndərildi

Rusiyada bu klubun azarkeşləri cəbhəyə göndərildi
İdman 64

Rusiyanın Tula şəhərini təmsil edən "Arsenal" futbol klubun bir qrup fanatı tam tərkibdə Xüsusi Hərbi Əməliyyat bölgəsinə göndərilib.

Bu barədə qərar Prokurorluğun fanat qrupunun fəaliyyətini qadağan etmək tələbindən sonra verilib.

Söhbət "Kiborqlar" fanat qrupundan gedir.

Buna qədər Tula vilayətinin prokuroru "Kiborqlar" fanat qrupunu ekstremist təşkilat kimi tanımağı və Rusiya ərazisində fəaliyyətini qadağan etməyi tələb etmişdi. Bu iş üzrə məhkəmə iclası 5 iyun tarixinə təyin edilib. Məhkəməni gözləmədən fanatlar fəaliyyətini dayandırıb və xüsusi əməliyyata qoşulublar.

Fanat qrupunda ən azı on nəfər var. Qrup üzvləri digər komandaların fanatları ilə davalarla ad çıxarmışdı. Onların lideri sosial şəbəkələrdə ekstremist materialların yayılmasına görə məsuliyyətə cəlb olunub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər