Rusiya millisinin keçmiş qapıçısı vəfat etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Moskvanın MOİK və Rusiya millisinin keçmiş qapısıçı Veniamin Mandrıkin 41 yaşında vəfat edib.
BAKU.WS xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
"Veniamin Mandrıkin vəfat edib. MOİK-in keçmiş qapıçısı 41 yaşında dünyasını dəyişib. Bütün qohumlarına və dostlarına başsağlığı veririk. Ruhun şad olsun, Venya", - bildirilib.
Məlumata görə, futbolçunun ölümünə səbəb infarkt olub.
Qeyd edək ki, rusiyalı idmançı 2010-cu ildə ağır yol-nəqliyyat hadisəsinə düşüb. Mandrıkin onurğa sınığı səbəbindən 13 il əlil arabasına məhkum olub.
Oxşar xəbərlər
Azərbaycanda danışılmış oyunlara görə 7 nəfər futboldan uzaqlaşdırıldı
AFFA İntizam Komitəsi danışılmış oyunlarda iştirak etmiş 6 futbolçunu cəzalandırıb. BAKU.WS xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlu...