Ronaldonun qolları xanımını ağlatdı: "Uşaqların və mən səninlə fəxr edirik”- FOTO+VİDEO

13
mar
2019
10:33
UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində “Atletiko” ilə matçda 3 qol vuraraq komandasının möhtəşəm geridönüş etməsinə səbəb olan “Yuventus”un ulduzu Kriştianu Ronaldonun xanımı Corcina Rodrigez diqqət mərkəzinə düşüb. BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, o, portuqaliyalı ulduzun vurduğu 3-cü qoldan sonra göz yaşlarını saxlaya bilməyib. Corcinanın gözlərinin dolması həm matçı yayımlayan operatorların, həm də fotoqrafların gözündən yayınmayıb. Rodrigez qarşılaşmadan sonra isə hisslərini belə ifadə edib: “Futbol daim səninlədir. Sən güclüsən, komanda yoldaşlarının, baş məşqçinin fəxrisən. Bu qələbəni, vurduğun qolları daim haqq edirsən. Uşaqların və mən səninlə fəxr edirik”.BAKU.WS




Oxşar xəbərlər
Ronaldo şou göstərdi - qol sevinci olay oldu (VİDEO)
"Yuventus" UEFA Çempionlar Liqası çərçivəsində "Atletiko Madrid" klubu ilə qarşılaşıb. BAKU.WS xəbər verir ki, səfərdə 2-0 hesabı ilə məğlub olan "Qoca sinyora"...
