Ronaldonun matç zamanı istəyi gündəm oldu
Yeniliklərdən dərhal xəbərdar olun
Səudiyyə Ərəbistanının "Əl-Nasr" klubunun hücumçusu Kriştiano Ronaldo Kral Kubokunun 1/8 finalında "Əl-İttifaq"a qarşı keçirilən oyunda dəyişiklik tələb edib.
BAKU.WS-in xəbərinə görə, bu barədə "A Bola" nəşri məlumat yayıb.
Məlumata görə, portuqaliyalı matçın baş hakimi Pyero Mazzanın komanda yoldaşı Taliskanı meydandan kənarlaşdırmasından narazı qalıb.
Ulduz futbolçu hakimin dəyişdirilməsini istəyib.
Qeyd edək ki, görüş "Əl-Nəsr"in 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçda yeganə qolu 107-ci dəqiqədə seneqallı hücumçusu Sadio Mane vurub.
Noyabrın 4-də "Əl-Nəsr" Səudiyyə Ərəbistanı çempionatı çərçivəsində "Əl-Xəlic" klubu ilə oyun keçirəcək.
Oxşar xəbərlər
38-i tamamlayan Ronaldonu klubları belə təbrik etdi - FOTO/VİDEO
Bu gün portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldonun 38 yaşı tamam olur. BAKU.WS xəbər verir ki, Ronaldo karyerası ərzində 5 dəfə - 2008,2013,2014,2016, 201...