Ronaldodan Pele ilə bağlı TƏSİRLİ PAYLAŞIM - FOTO

Ronaldodan Pele ilə bağlı TƏSİRLİ PAYLAŞIM - FOTO
Foto
İdman 289

Portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldo Braziliya millisinin sabiq oyunçusu, üçqat dünya çempionu Pelenin vəfatı ilə bağlı paylaşım edib.

BAKU.WS-in məlumatına görə, o, Pele ilə fotosunu instaqram hesabında paylaşaraq bunları qeyd edib:

“Bütün Braziliyaya, xüsusən də cənab Edson Arantes do Nascimentonun ailəsinə dərin hüznlə başsağlığı verirəm. Hazırda bütün futbol dünyasını əhatə edən ağrını ifadə etmək çox çətindir. Pele milyonlarla insan üçün ilham və əbədi olaraq bir istinad idi. Onun mənə həmişə göstərdiyi məhəbbət və uzaqdan da olsa, paylaşdığımız hər an qarşılıqlı idi. O, heç vaxt unudulmayacaq və xatirəsi hər bir futbolsevərimizdə əbədi yaşayacaq. Rahat yat, Kral Pele”.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər