Ronaldo və Messi qarşıdurması olacaq - yanvarın 19-u saat 21:00-da
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün Fransanın PSJ klubu ilə "Əl Hilal" və "Əl Nəsr"in birləşmiş ulduzlar komandası arasında yoldaşlıq oyunu keçiriləcək.
BAKU.WS xəbər verir ki, görüş Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərindəki Kral Fəhd stadionunda keçiriləcək.
Lionel Messi və Kriştiano Ronaldo uzun müddətdən sonra bu gün üz-üzə gələcəklər. Ronaldo oyuna kapitan sarğısı ilə çıxacaq.
Ulduz futbolçular sonuncu dəfə 2020-ci il dekabrın 8-də rəqib olublar.
Qeyd edək ki, yoldaşlıq görüşü yanvarın 19-u, saat 21:00-da baş tutacaq.
Xatırladaq ki, baş tutacaq görüş üçün xüsusi biletə Səudiyyə Ərəbistanının daşınmaz əmlak maqnatı Müşref əl-Qəmdi hərracda sahib olub.
Xüsusi biletə sahib olacaq azarkeş yoldaşlıq oyunundan sonra mükafatlandırma mərasimində iştirak etmək, soyunub-geyinmə otağına daxil olaraq hər iki ulduzla görüşmək imkanı əldə edəcək.
Oxşar xəbərlər
Ronaldo PSJ ilə yoldaşlıq oyununda kapitan sarğısı ilə meydana çıxacaq - VİDEO
Portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldonun Səudiyyə Ərəbistanının "Ən-Nəsr" və "Əl-Hilal"ın birləşmiş ulduzlar komandası ilə Fransanın PSJ klubuna qarşı...