Ronaldo və Corcina onları məhkəməyə verir

Portuqaliya millisinin və "Əl-Nəsr" klubunun ulduz hücumçusu Kriştiano Ronaldo və sevgilisi Corcina Rodriqes onlara qarşı atılan böhtanlarla ciddi mübarizəyə başlamaq qərarına gəliblər.
BAKU.WS xəbər verir ki, bu barədə "AS"nin məlumatında bildirilib.
Cütlük mətbuat və tənqidçilərin yazdığı və onların reputasiyasına xələl gətirən davamlı şayiə və eyhamlardan bezib.
Ronaldo və Corcina artıq bir qrup hüquqşünas, şərəf hüququnun müdafiəsi üzrə mütəxəssislərlə görüş keçirib.
Cütlük onlara və ailələrinə ziyan vuran, böhtanlar yayan medianı və tənqidçiləri məhkəməyə verməyə hazırdır.
Oxşar xəbərlər
Ronaldodan ayrılıq iddialarına CAVAB - FOTO
Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun ulduz futbolçusu Kriştiano Ronaldo sevgilisi Corcina Rodriqezlə ayrılıq iddialarına aydınlıq...
