Ronaldo "Mançester Yunayted"ə dönüşünü dublla qeyd etdi - VİDEO

Ronaldo Mançester Yunaytedə dönüşünü dublla qeyd etdi - VİDEO
Video
İdman 450

12 illik fasilədən sonra yenidən İngiltərənin "Mançester Yunayted" klubuna dönən portuqaliyalı futbolçu Kriştiano Ronaldo dönüşünü qolla qeyd edib.

BAKU.WS-in məlumatına görə, Ronaldo "Nyukasl"la matçın ilk hissəsinə əlavə olunan dəqiqələrdə fərqlənib. Ronaldo "Real" və "Yuventus"da çıxış etdikdən sonra doğma "Old Trafford" stadionuna dönüb.

2003-2009-cu illərdə Ronaldo "Mançester Yunayted"in heyətində 292 matçda meydana çıxaraq rəqib qapılarına 118 dəfə yol tapmışdı.

Son xəbərlər