Ronaldo karyerasını nə vaxt bitirəcəyini AÇIQLADI
Yeniliklərdən dərhal xəbərdar olun
Səudiyyə Ərəbistanının "Əl-Nəsr" və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo kifayət qədər sağlam olduğu müddətdə idman karyerasını davam etdirəcəyini bildirib.
BAKU.WS "gazeta.ru"ya istinadən xəbər verir ki, onun sözlərini məşhur insayder Fabrizio Romano qeyd edib.
Ronaldonun sözlərinə görə, nifrət edənlər onun futboldan getməsi xəbərini səbirsizliklə gözləyir, ona görə də mümkün qədər uzun müddət oynamaq və faydalı olmaq niyyətindədir.
"Deyirlər ki, Ronaldo artıq əvvəlki kimi deyil... Amma bu doğru deyil. Ayaqlarım dayanmağın vaxtının gəldiyini deyənə qədər oynayacağam. Hələ bəzi şeyləri edə bilərəm. Mən hələ də futbolu sevirəm, qol vurmağı və qalib gəlməyi sevirəm. Mən hələ də bunu sübut edirəm", - Ronaldo deyib.
Oxşar xəbərlər
Səudiyyə Ərəbistanından daha bir transfer: Hakim Ziyeş Ronaldonun klubunda
Mərakeş millisinin və "Çelsi"nin yarımmüdafiəçisi Hakim Ziyeş Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubuna keçəcək. BAKU.WS-in xəbərinə görə, bu barədə insayder Fab...