Ronaldo gələcəyinə aydınlıq gətirib
Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldu gələcəyi ilə bağlı qərarını verib.
"Report" xəbər verir ki, bu barədə CNN-in Portuqaliya bölməsi məlumat yayıb.
Mənbənin məlumatına görə, hücumçu yanvar ayı ərzində klub məsələsini həll etmək niyyətindədir. Ronaldunun Səudiyyə klubu ilə hazırkı müqaviləsi 2024/25 mövsümünün sonunadək nəzərdə tutulub və FIFA qaydalarına əsasən, futbolçu yanvarın 1-dən digər komandalarla danışıqlar apara bilər.
Ronaldu Səudiyyə komandası üçün keçirdiyi 83 oyunda 74 qol və 18 məhsuldar ötürmə qeydə alıb.
Səudiyyə Ərəbistanı çempionatının turnir cədvəlində "Əl-Nəsr" 25 xalla dördüncü yerdədir. Çempionatda 36 xalla "Əl-İttihad" liderlik edir.
Ronaldu ailəsi ilə birlikdə Səudiyyə Ərəbistanına köçüb və 2023-cü ilin yanvarından "Əl-Nəsr" komandasının hücumçusudur. Ölkədə nikahsız kişi və qadının bir dam altında yaşaması yasaqlansa da, əfsanəvi futbolçuya güzəşt edilib və uşaqlarının anası ilə birgə yaşamasına icazə verilib.
Oxşar xəbərlər
Vinisiusun qırmızı vərəqə aldığı qalmaqallı anın görüntüləri
"Real Madrid"in braziliyalı cinah yarımmüdafiəçisi Vinisius Junior İspaniyanın "Valensiya" klubu ilə La Liqanın 12-ci tur matçında (2:1) rəqib qapıçını üzündən...