Ronaldo "Əl-Nəsr"dəki taleyi: Nə qərar verəcək?

Portuqaliyalı hücumçu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu ilə müqaviləsini 2026-cı ilə qədər uzada bilər.
BAKU.WS-in xəbərinə görə, bu barədə jurnalist Ben Ceykobs məlumat yayıb.
Onun hazırkı müqaviləsi 2025-ci ildə, 40 yaşı tamam olanda başa çatır.
Onun sözlərinə görə, tərəflər onun klubda daha uzun müddət qalmasında maraqlıdırlar. 2025-ci ildə televiziya hüquqlarının yenilənməsi ilə Ronaldonun növbəti dövrədə iştirakı vacib hesab edilir.
Qeyd edək ki, bu mövsüm Ronaldo bütün turnirlərdə 41 matçda iştirak edib, 42 qol vurub, 12 məhsuldar ötürmə edib.
"Transfermarkt" portalı futbolçunu 15 milyon avro qiymətləndirir.
Oxşar xəbərlər
Ronaldo Səudiyyə Ərəbistanında ayın oyunçusu seçildi
"Əl-Nəsr"ın 39 yaşlı hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı çempionatında mart ayının ən yaxşı oyunçusu seçilib. BAKU.WS xəbər verir ki, bu barədə Səud...
