Ronaldo 242 milyon avroluq təklifi geri çevirdi

Ronaldo 242 milyon avroluq təklifi geri çevirdi
İdman 194

"Mançester Yunayted" komandasında forma geyinən portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanının "Əl Hilal" klubunun 242 milyon avroluq təklifini rədd edib.

BAKU.WS xəbər verir ki, klubun 37 yaşlı portuqaliyalı ulduza 2 il üçün ümumilikdə 242 milyon avro təklif etdiyi bildirilib.

Karyerasında 5 dəfə "Qızıl top" mükafatını qazanan və "Mançester Yunayted"lə 1 illik müqaviləsi olan Ronaldonun gələn yaya qədər transfer bazarının gündəmində qalacağı gözlənilir.

Qeyd edək ki, Avropa mətbuatında portuqaliyalı futbolçunun "Atletiko Madrid", "Sportinq Lissabon", "Napoli", "İnter" və "Milan" kimi klubların da təkliflərini geri çevirdiyi iddia edilmişdi.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər