Rodri "Real Madrid" və "Barselona" arasında seçimini etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Sonuncu Qızıl top mükafatının qalibi olan Rodri "Real Madrid"dən çox "Barselona"ya keçməyə üstünlük verir.
BAKU.WS xəbər verir ki, bu barədə "El Nacional" nəşri məlumat yayıb.
Bildirilib ki, 28 yaşlı ispaniyalı mövsüm başa çatdıqdan sonra "Mançester Siti"dən getməyi düşünür. Rodrinin qərarına bir çox amillər, xüsusən də Pep Qvardiolanın mümkün gedişi və klubun Premyer Liqanı tərk etmə ehtimalı təsir edir.
Rodri vətəni La Liqaya qayıtmaq istəyir və çempionatın iki nəhəngi futbolçunu transfer etməkdə maraqlıdır. Rodrinin özü artıq seçimini edib və "Mançester Siti"dən ayrılsa, "Barselona"ya keçmək istəyər.
İspan hesab edir ki, katalonların oyun tərzi ona daha çox yaraşır.
Bundan əlavə, "Real"a keçid Rodrinin karyerasına başladığı "Atletiko"ya xəyanət olardı.
Oxşar xəbərlər
Sumqayıtda cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq
Oktyabrın 30-da Sumqayıt Olimpiya İdman Kompleksində U-20 gənclər arasında cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq. Bu barədə BAKU.WS-ə Azərbaycan Cü...