Roberto Karlos Arda Güləri belə təəccübləndirdi - VİDEO

Roberto Karlos Arda Güləri belə təəccübləndirdi - VİDEO
Video
İdman 3977

"Real Madrid"in gənc ulduzu Arda Gülər "Real"ın əfsanəvi və "Fənərbağça"nın futbolçusu Roberto Karlos ilə bir araya gəlib.

BAKU.WS xəbər verir ki, proqramın sonunda Roberto Güləri təəccübləndirib.

Arda Gülərin ispan dilində verdiyi müsahibə efirdə böyük maraqla qarşılanıb.

Verilişdə "Real" azarkeşlərinə müraciət edən Arda Gülər ​​"Madrid azarkeşlərinə diqqətlərinə görə, təşəkkür edirəm", deyib.

Arda ​​çıxışından sonra yayımı tərk edərkən, Roberto Karlos ona "Mükəmməl" deyib və daha sonra türkcə "Çox sağ ol, qardaş" deyə səslənib.

Roberto Karlosun türkcə çıxışından sonra Arda Gülərin təəccüblənməsi kameralara əks olunub.

Görüntüləri təqdim edirik:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər