Riçard Almeyda ərəblərlə müqavilə imzalayıb - FOTO

21
yan
2020
20:10
Azərbaycan millisinin futbolçusu Riçard Almeydanın yeni klubu bəlli olub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) "Baniyas" klubuna keçib. "Qarabağ"dan ayrılan Braziliya əsilli oyunçu ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.
Qeyd edək ki, 2012-ci ilin iyunundan “Qarabağ”da çıxış edən Riçard Almeyda 2018-ci ilin yayında “Astana”ya keçib. 2019-cu ilin yanvarında isə Ağdam təmsilçisi onu 1 illik icarəyə götürüb. "Baniyas" BƏƏ çempionatında 12 turdan sonra 11 xalla 11-ci pillədə qərarlaşıb.
Qalereya
Oxşar xəbərlər
GÖZLƏNİLMƏZ AYRILIQ: "Qarabağ"ın ulduz futbolçusu klubu tərk etdi
Ağdam təmsilçisi "Qarabağ" klubunun braziliyalı yarımmüdafiəçisi Riçard Almeyda klubdan gedib. BAKU.WS xəbər verir ki, bu barədə jurnalist Ceyhun Rzayev sosial...
