İrəvandakı yarışda medal qazanan türkiyəli idmançıların Bakıya gələcəkləri tarix bəlli olub
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanın paytaxtı İrəvandakı ağırlıqqaldırma üzrə Avropa çempionatında qızıl medal qazanmış Nuray Güngör, Cansu Bektaş, Yusuf Fehmi Genc və gümüş mükafatçı Qamze Altun sabah Bakıya gələcək.
Gənclər və İdman Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən ölkəmizə dəvət olunan idmançılar sabah Bakıya gələcəklər. Avropa çempionları Nuray Güngör, Cansu Bekdaş, Yusuf Fehmi Genc, gümüş mükafatçı Qamze Altunun yer aldığı nümayəndə heyətinə Türkiyə Ağır Atletika Federasiyasının prezidenti Talat Ünlü də daxildir.
Səfər çərçivəsində onların Bakıda bir sıra görüşləri və tədbirlərdə iştirakları nəzərdə tutulub.
Oxşar xəbərlər
Nazir xarici ölkələri təmsil edən azərbaycanlı idmançılardan danışdı: Onlar... - MÜSAHİBƏ
Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov ölkədə fəaliyyət göstərən dörd böyük informasiya agentliyinə müsahibə verib. “Report” müsahibəni təqdim edir:...