"Real" Mbappe ilə bağlı yüksək məbləğə razılığa gəldi

Fransa millisinin və PSJ klubunun hücumçusu Kilian Mbappe yayda "Real Madrid"ə keçəcək.
BAKU.WS-in xəbərinə görə, bu barədə "PSJ Community"nin məlumatında bildirilir.
Klublar fransalı futbolçunu cari yay transfer pəncərəsində transfer etmək üçün razılığa gəliblər. Madrid klubu parislilərə 250 milyon avro ödəyəcək ki, bunun da 50 avrosu bonusdur.
PSJ rəhbərliyi Mbappeyə ultimatum verib: ya müqaviləni uzadacaq, ya da komandadan ayrılacaq.
Qeyd edək ki, mətbuatda Mbappenin PSJ-dən ayrılacağı barədə məlumatlar yayılır. Futbolçunun Fransa klubu ilə müqaviləsi 2023/24 mövsümünün sonunda başa çatacaq.
Oxşar xəbərlər
Mbappenin aylıq maaşı dodaq uçuqlatdı
Fransa 1-ci Liqasında ən yüksək maaş rəqəmləri yerli mətbuat tərəfindən açıqlanıb. BAKU.WS xəbər verir ki, birinci yerdə aylıq ümumi gəliri 6 milyon avro ilə Ki...
