"Real Madrid"in məşhur futbolçusu karantin qaydalarını pozdu
01
apr
2021
23:15
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
İspaniya "Real Madrid"inin futbolçusu Marselo 2 700 avro məbləğində cərimələnib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, buna braziliyalı müdafiəçinin karantin qaydalarını pozması səbəb olub.
33 yaşlı futbolçu instaqram səhifəsində Valensiya çimərliyində ailəsi ilə birlikdə istirahətdə olduğu fotonu paylaşıb. O, həyat yoldaşı və iki oğlu ilə birlikdə tibbi maskadan istifadə etməyib.
Qeyd edək ki, İspaniyada koronavirus pandemiyası ilə əlaqədar hərəkət məhdudlaşdırılıb. İctimai yerlərdə maska taxmaq hər kəs üçün məcburidir.
Oxşar xəbərlər
Çempionlar Liqası: 14 milyard avroluq tamaşa başlayır
2020/2021 mövsümündə UEFA Çempionlar Liqasının (ÇL) qrup mərhələsində çıxış edəcək klubların dəyəri açıqlanıb. BAKU.WS report-a istinadən xəbər verir ki, iştira...