"Real Madrid" La Liqa-nı tərk etməklə təhdid etdi
Son 3 oyunda qələbə qazana bilməyən və "Osasuna" səfərində qırmızı vərəqə aldıqdan sonra heç-heçə edən "Real Madrid" yerli federasiyanı liqanı tərk etməklə təhdid edib.
BAKU.WS xəbər verir ki, buna səbəb kimi kluba qarşı La Liqa rəhbərliyinin qərəzi münasibəti göstərilib.
"Kral klubu"nun prezidenti Florentino Perez, La Liqa prezidenti Xavyer Tebasın mövqeyinə görə çempionatı tərk edib başqa bir liqaya keçmək planları qurur.
Qeyd edək ki, "Real Madrid"in belə bir addım atması hüquqi cəhətdən mümkündür. Ötən illərdə öz liqasını yaratmaq üçün UEFA-ya qarşı mübarizə aparan "Real Madrid"in La Liqadan çəkilmək ehtimalı federasiyanı ciddi şəkildə narahat edib.
Təkcə çempionat deyil, bütün İspaniya iqtisadiyyatı üçün böyük gəlir mənbəyi olan "Real Madrid"in bu addımı bütün ölkəni təlaşa salıb. La Liqada zirvədə olan "Real Madrid" və ən yaxın izləyicisi "Atletiko Madrid"in xal itirməsi "Barselona" üçün liderlik şansı yaradıb.
Barcelona üçün rəqiblərinin xal itirdiyi bu turda averajla zirvəyə yüksəlmək imkanı yaranıb.
Oxşar xəbərlər
"Formula 1"in Bakıda 10 ili: Azərbaycan Qran-prisinin şəhərə, turizmə və biznesə təsiri
2026-cı il Bakıda Formula 1 tarixinin əlamətdar mərhələlərindən biri olacaq - Azərbaycan Qran-prisi şəhərdə onuncu dəfə keçiriləcək. Geridə qalan on il ərzində...