"Real Madrid"in ulduzuna futbol tarixinə düşəcək təklif

Real Madridin ulduzuna futbol tarixinə düşəcək təklif
İdman 86

Real Madridin braziliyalı ulduzu Vinisius Juniora adı açıqlanmayan Səudiyyə Ərəbistanı komandasından illik 350 milyon avro xalis maaş alacağı təklifi gəlib

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, 24 yaşlı futbolçu ispan nəhəngindən ayrılmaq istəmədiyini bildirərək təklifi rədd edib.

Madrid təmsilçisi isə Vinisiusu satmaq fikrində olmadıqlarından Səudiyyə klubuna 1 milyard avroluq sərbəstlik haqqı ödənilməyincə bu transferin baş tutmayacağını bildirib.

Qeyd edək ki, "Real Madrid" ilə 2027-ci ilə qədər müqaviləsi olan 24 yaşlı futbolçu İspaniya yığması ilə 264 matçda forma geyinib. Braziliyalı ulduz bu matçlarda 83 qol vurub və 75 məhsuldar ötürmə edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Harri Keyndən yeni rekord

Harri Keyndən yeni rekord

"Bayern"in ulduzu Harri Keyn karyerasının ən çox qol vurduğu mövsümünü yaşayır. BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, "Real Madrid"lə qarşılaşmada q...

94 İdman 18:43 01 may 2024

Son xəbərlər