"Real Madrid" Azad Rəhimovun vəfatı ilə bağlı başsağlığı verib

Real Madrid Azad Rəhimovun vəfatı ilə bağlı başsağlığı verib
İdman 910

İspaniyanın "Real Madrid" futbol klubu gənclər və idman naziri Azad Rəhimovun vəfatı ilə bağlı başsağlığı verib.

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bu barədə klubun Gənclər və İdman Nazirliyinə ünvanlanan məktubunda deyilir.

"Real"ın icraçı vitse-prezidenti Enrike Sançes Qonsales nazirin ölüm xəbərindən dərindən kədərləndiklərini bildirib.

Vitse-prezident "Real" klubu adından nazirin yaxınlarına və ailəsinə başsağlığını ifadə edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər