İranın sabiq futbolçusu Kriştianu Ronaldonu təbrik etdi
Yeniliklərdən dərhal xəbərdar olun
İranın futbol üzrə yığmasının sabiq üzvü Əli Daei milli komandada vurulan qol sayına görə beynəlxalq rekorduna şərik çıxan Kriştianu Ronaldonu təbrik edib.
BAKU.WS xəbər verir ki, sabiq futbolçu Ronaldonun rekordu yeniləcəyi təqdirdə bunu şərəflə qarşılayacağını bildirib.
Qeyd edək ki, hazırda həm Əli Daei, həm də Kriştiano Ronaldo milli komanda heyətində 109 dəfə fərqlənib.
"Beynəlxalq rekordumu qırmaq üçün ona bir qol kifayət edəcək. Bu, mənim üçün böyük şərəfdir. Belə bir ali nailiyyət ona qismət olacaq. Kriştianu böyük çempion və böyük insandır. O, bəşəriyyəti ilhamlandırır, onların həyatlarına təsir göstərir", - deyə iranlı sabiq futbolçu əlavə edib.
Oxşar xəbərlər
“Ailəmi bura gətirməyəcəm” - Millimizin yeni baş məşqçisi - VİDEO
Azərbaycan milli komandasının yeni baş məşqçisi Canni De Byazinin “Qafqazinfo”ya müsahibəsi: - Öncə milli komandanın baş məşqçisi postuna aldığınız dəvətdən və...