Rafiq Hüseynov İslamiadanın qalibi oldu

Rafiq Hüseynov İslamiadanın qalibi oldu
İdman 60

Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında final görüşünə çıxıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, 82 kq-da mübarizə aparan idmançı qızıl medal uğrunda qarşılaşmada qırğızıstanlı Kalidin Asikeyevlə görüşüb.

Rəqibinə 6:3 hesabı ilə qalib gələn Hüseynov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Beləliklə, Azərbaycan güləşçiləri 3-cü günü 5 medalla başa vurublar. Hüseynovdan əvvəl Eldəniz Əzizli (55 kq) qızıl, Elis Manolova (65 kq) və Ülvi Qənizadə (72 kq) gümüş, Elnurə Məmmədova (55 kq) isə bürünc medal qazanıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər