Rafael Fiziyevin Bakıdakı UFC gecəsində RƏQİBİ BİLİNDİ
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda böyük döyüş gecəsi olacaq. Bakı yaxın zamanda UFC turnirinə ev sahibliyi edəcək. Artıq əsas və ikinci dərəcəli döyüşlər elan olunub.
BAKU.WS xəbər verir ki, gecənin əsas qarşılaşmasında azərbaycanlı döyüşçü Rafael Fiziyev meksikalı İqnasio Torres ilə üz-üzə gələcək.
Meksikalı idmançının liqadakı bütün döyüşləri ilk raundda başa çatıb. Fiziyevin isə doğma azarkeşlər önündə Rafael Ruffi ilə məğlubiyyətdən sonra qələbə qazanıb-qazanmayacağı maraq doğurur.
Gecənin ikinci əsas döyüşündə isə Şara Maqomedov braziliyalı Mişel Pereyra ilə qarşılaşacaq. Parlaq çıxışları ilə seçilən Maqomedov orta çəkidə yenidən zirvəyə yüksəlmək yolunda vacib sınağa çıxacaq. Pereyra isə son döyüşündə uğursuzluq seriyasını qıraraq motivasiyalı şəkildə oktaqona çıxacaq.
Turnirin 27 iyun tarixində keçirilməsi planlaşdırılır.
Oxşar xəbərlər
AFFA "Səbail"in prezidenti Mirzə Bayrampuru 4 oyunluq cəzalandırıb
AFFA İntizam Komitəsi "Səbail" klubunun prezidenti Mirzə Bayrampuru 4 oyunluq cəzalandırıb, klubu isə 3000 manat cərimələyib. BAKU.WS xəbər verir ki, buna I Liq...