Rafael Fiziyev: "Məğlub oldum, amma geri dönəcəyəm"
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanlı UFC döyüşçüsü Rafael Fiziyev Sidneydə keçirilən UFC 325 turnirindəki məğlubiyyəti ilə bağlı açıqlama verib.
BAKU.WS xəbər verir ki, Fiziyev sosial şəbəkədə paylaşdığı videoda məğlubiyyəti qəbul etdiyini, lakin geri çəkilmək niyyətində olmadığını bildirib.
"Möhkəm döyüldüm, amma bu mənim yolumdur. Mən döyüşçüyəm və mütləq geri qayıdacağam", – deyə o vurğulayıb.
Döyüşçü ona dəstək olan hər kəsə təşəkkür edərək, növbəti qarşılaşmalarda azarkeşləri qələbələrlə sevindirəcəyinə söz verib.
Qeyd edək ki, o, braziliyalı Maurisio Ruffi ilə döyüşdə ikinci raundda texniki nokautla uduzub.
Oxşar xəbərlər
Bakıda cüdo üzrə U-17 yeniyetmələr arasında şəhər birinciliyinə start verilib
Abşeron Olimpiya İdman Kompleksində cüdo üzrə U-17 yeniyetmələr arasında Bakı şəhər birinciliyi start götürüb. Bu barədə BAKU.WS-ə Azərbaycan Cüdo Federasiyasın...