Rafael Fiziyev: "Azərbaycan dilində danışmaq mənim üçün çətindir"
"Azərbaycan dilində danışmaq mənim üçün çətindir".
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bunu "UFC Fight Night"da gecənin əsas döyüşündə Manuel Torreslə qarşılaşacaq azərbaycanlı təmsilçi Rafael Fiziyev deyib.
O bildirib ki, atası azərbaycanlı, anası isə rusdur:
"Təəssüflər olsun ki, mənim böyüdüyüm yerdə Azərbaycan dilində danışmırlar. Amma zaman keçdikcə bu dili daha yaxından öyrənirəm. Ümid edirəm ki, bir müddət sonra Azərbaycan dilində sərbəst danışacağam".
Rafael Fiziyev Konor Makqreqorun UFC-yə qayıtması barədə də danışıb:
"Konor Makqreqorun UFC-yə qayıtması çox yaxşı xəbərdir. Məsələ burasındadır ki, o, beş il ərzində döyüşməyib. Rəqibi isə bu 5 ildə çox maraqlı döyüşlər keçirən cavan bir döyüşçüdür. Bu baxımdan onun üçün çox çətin olacaq".
Xatırladaq ki, bu il "UFC Fight Night" iyunun 27-də Milli Gimnastika Arenasında baş tutacaq. Gecənin əsas döyüşündə azərbaycanlı təmsilçi Rafael Fiziyev yüngül çəki dərəcəsində Manuel Torreslə üz-üzə gələcək. İkinci əsas döyüşdə isə orta çəki dərəcəsində Şarabutdin "Shara Bullet" Maqomedov Mişel Pereyra ilə qarşılaşacaq.
Turnir çərçivəsində digər azərbaycanlı döyüşçülər - Tahir Abdullayev, Nazim Sadıxov və Fərman Həsənov da oktaqona çıxacaqlar. Onlar müvafiq olaraq braziliyalı Ceferson Nasimento, braziliyalı Mateus Kamilo və ABŞ-li Erik Nolanla döyüşəcəklər.
Oxşar xəbərlər
"Neftçi" Endryu Qravilyonun transferini açıqlayıb
"Neftçi" 2026-cı il yay transfer dönəmində sayca üçüncü keçidini rəsmiləşdirib. BAKU.WS paytaxt klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, qvadelupalı...