Rafael Ağayevin “Instagram” hesabı oğurlandı
Yeniliklərdən dərhal xəbərdar olun
Karate üzrə Olimpiya mükafatçısı, dünya və Avropa çempionu Rafael Ağayevin “Instagram” hesabı oğurlanıb.
BAKU.WS xəbər verir ki, bu barədə “oxu.az”a Rafael Ağayevin özü məlumat verib:
“Dekabrın 28-i səhər 7-yə qalmış hesabıma girməyə cəhd edildi. Gördüm ki, hesabıma girməyə cəhd edilən yer Türkiyəni göstərir. Həmin gün axşam futbol oynayırdım.
Futboldan çıxandan sonra gördüm ki, hesabıma girə bilmirəm. Ondan sonra “Instagram” hesabım bağlanıb. Hələ ki, onu bərpa etməyim mümkün olmayıb.
Bu səbəbdən də onu bərpa edənədək dünən aghayev_rafael999 hesabı açmışam”.
Oxşar xəbərlər
Azərbaycanda ilin idmançısı kim olmalıdır? - Bu dəfə atletlərin özləri seçdi
Azərbaycan idmançıları bu il bir sıra mötəbər turnirlərdə iştirak etdilər. Təbii ki, ilin yarışı Tokioda keçirilən Yay Olimpiya Oyunları idi. İdmançılarımız bu...