Rafael Ağayev: "Elə zamanlar olub ki, evimizdə bir çörək tapmamışıq bölüb yeyək"
Yeniliklərdən dərhal xəbərdar olun
Həyat yoldaşımla qohumların məsləhəti ilə tanış olmuşuq. Bir-birimizi istədik və ailə qurduq. İndiyənə kimi də xoşbəxtəm.
BAKU.WS axşam.az-a istinadən bildirir ki, bu sözləri dünya çempionu Rafael Ağayev "100-dən 1-i" verilişində deyib.
Karateçi qazancından söz açıb: "Elə zamanlar olub ki, evimizdə bir çörək tapmamışıq bölüb yeyək. Kasıb ailədə böyümüşəm. İndi qazanıram, ailəliyəm. Gələcəkdə balalarım üçün gün ağlamağa çalışıram. 7 yaşımdan idmandayam, ilk maaşım 100 dollar olub. Heç vaxt böyük məbləğdə pul xərcləmirəm. Özümə lazım olan qədər götürür, qalanını valideynlərimə verirəm. İnsan gərək keçmişini unutmasın".
BAKU.WS
Oxşar xəbərlər
Rafael Ağayev mətbəxdə məharətini göstərdi- İdmançının yeni evindən görüntülər(VİDEO)
Bu gün Xəzər TV-də yayımlanan "Hər şey daxil" verilişinin çəkiliş komandası karatenin "Brilyant oğlanı" Rafael Ağayev evində qonaq olub. BAKU.WS xəbər verir ki...