Rəşad Sadıqov da getdi

Rəşad Sadıqov da getdi
İdman 1725
“Azərbaycan millisinin və aşağı yaş qrupları üzrə yığmaların son bir ildəki nəticələrinin müzakirəsi aparıldı. Qurban Qurbanovla bağlı da qərar qəbul olundu ki, işini bir yerdə davam etdirsin və müqaviləsinə xitam verilsin”.Bunu Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) baş katibi Elxan Məmmədov qurumun İcraiyyə Komitəsinin iclasından sonra jurnalistlərə açıqlamasında deyib.“Qarabağ"ın nəticələri də bizim üçün vacibdir. Təcrübə göstərdi ki, iki yerdə çalışmaq çox çətin işdir. AFFA İcraiyyə Komitəsi Qurban müəllimə minnətdarlıq etdi. Təəssüf ki, UEFA Millətlər Liqasında uğurlu nəticələr olmadı”, - deyə o qeyd edib.“Aşağı yaş qruplarından ibarət yığmalar tərəfindən strateji plan təqdim olunmayıb. Bu səbəbdən, U-19 istisna olmaqla, digər yığmaların baş məşqçiləri ilə müqavilələrə xitam verilib. Nəticələrə baxsaq, görərik ki, aşağı yaş qrupları üzrə yığmaların nəticələri və nizam-intizamı yoxdur. Məsələn, U-17 0:4 hesabı ilə uduzur, üstəlik, oyunlar ərzində 4 qırmızı vərəqə alır. Biz ədalətli oyuna əməl etməliyik. Vüqar Məmmədin rəhbərlik etdiyi U-19 elit-raunda vəsiqə qazandığı üçün fəaliyyətini davam etdirəcək", - deyə E.Əsədov əlavə edib.Bundan başqa, iclada klubların gəlir və xərclərinin açıqlamaları barədə qərar qəbul olunub. AFFA Hakimlər və Hakim İnspektorlar Komitəsinin sədri Frits Ştuxlikin son 3 aydakı fəaliyyətinə dair hesabat verilib.Xatırladaq ki, U-21 millisinin baş məşqçisi Rəşad Sadıqov idi.BAKU.WS

Oxşar xəbərlər

Qurban Qurbanov daha bir vəzifəsindən istefa verdi

Qurban Qurbanov daha bir vəzifəsindən istefa verdi

"Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanov Azərbaycan millisinin ardından Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) İcraiyyə Komitəsi...

3129 İdman 14:42 08 dekabr 2018

Son xəbərlər