Qvardiolanın şəxsi təyyarəsində axtarış aparılıb
23
fev
2018
23:40
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
İspaniya polisi "Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiolanın şəxsi təyyarəsində axtarış aparıb.BAKU.WS apasport.az-a istinadən xəbər verir ki, onlar Kataloniyanın keçmiş prezidenti Karles Puçdemonu axtarıblar.Belə ki, Kataloniyanın müstəqilliyini elan etdikdən sonra ölkədən qaçan Puçdemon hüquq-mühafizə orqanları tərəfindən axtarışa verilib. Həftəsonu ailəsi ilə birlikdə Barselonaya istirahətə gələn Qvardiolanın təyyarəsində axtarış isə ispan məşqçini olduqca məyus edib.Qeyd edək ki, Qvardiola Kataloniyanın müstəqilliyini və Puçdemonu dəstəklədiyini bildirmişdi.BAKU.WS
Oxşar xəbərlər
"Tottenhem" "Yuventus"a məğlubiyyətdən xilas oldu, "MS" "Bazel"i darmadağın etdi (VİDEO)
Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinə start verilib. İlk oyun günündə iki görüş keçirilib. Əsas diqqətlər Turinə yönəlib. Burada ÇL-in son finalçısı...