Qurbanov Qara Qarayevin "Qarabağ"dan ayrılmasından danışdı
Yeniliklərdən dərhal xəbərdar olun
"Xüsusi şərh etməyə ehtiyac yoxdur. Qara bizim ailənin üzvüdür. Bizdə olan müddətdə də beləydi, bu gün də belədir. Qaraya sadəcə uğurlar arzulayıram".
BAKU.WS xəbər verir ki, bu sözləri sportinfo.az-a açıqlamasında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
Təcrübəli mütəxəssis, "Qara Qarayevin "Qarabağ"dan əzəli rəqib olan "Neftçi"yə keçidi futbol ictimaiyyətində birmənalı qəbul edilmədi. Bəs siz onun qərarın necə qarşıladınız?", - sualına isə belə cavab verib:
"Futbolda belə hallar baş verib. Qara hər zaman bizim çox istədiyimiz peşəkar futbolçulardan olub. Neçə illər onunla bir yerdə çalışan məşqçi kimi, bundan sonra ancaq onun uğurlarına sevinə bilərəm".
Qeyd edək ki, "Neftçi" Qara Qarayevlə 2+1 il şərtli müqavilə bağlanıb. 30 yaşlı dayaq yarımmüdafiəçisi Bakı təmsilçisinin heyətində 2 nömrəli formanı geyinəcək.
Oxşar xəbərlər
Avropa Liqası: "Neftçi" evdə Finlandiya çempionu ilə heç-heçə etdi - YENİLƏNİB
“Neftçi” 2021/2022 mövsümündə UEFA Avropa Liqasında ilk oyununu keçirib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, Azərbaycan çempionu “Bakcell Arena”da Finla...