Qurban Qurbanovla "Sürix"in oyunçusu arasında insident yaşanıb - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Dünən İsveçrədə "Sürix" və "Qarabağ" arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçında insident yaşanıb.
BAKU.WS xəbər verir ki, matçın 101-ci dəqiqəsində rəqib oyunçunun Ramil Şeydayevə qarşı qayda pozuntusunun ardından Qurban Qurbanov görüşün baş hakimi Allard Lindhauta öz etirazını bildirib.
Bu zaman rəqibin qayda pozan futbolçusu Fidan Aliti 50 yaşlı çalışdırıcımıza sərt reaksiya verib. Hər zaman təmkinli davranışları ilə başqalarına nümunə olan Q.Qurbanov da oyunçunu sakitləşdirərək "əla" işarəsi göstərib.
Daha sonra "Qarabağ"ın tərcüməçisi Aydın Rüstəmov isə "Sürix"in baş məşqçisi Franko Fodaya yaxınlaşaraq, ona öz iradlarını bildirib və oyunçunun hörmətsizlik etdiyini vurğulayıb.
Oxşar xəbərlər
"Qarabağ" "Lex"i darmadağın edərək mərhələ adlayıb - YENİLƏNİB 3
"Qarabağ" UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində cavab oyununa çıxıb. BAKU.WS xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda oynanılan q...