Qurban Qurbanov xanımı ilə tədbirdə
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov həyat yoldaşı Könül Qurbanova ilə birlikdə ictimai tədbirdə görüntülənib.
BAKU.WS xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə paylaşılıb.
Bildirilib ki, cütlük Beynəlxalq Ana Dili Günü münasibətilə səhnələşdirilən "Cəlil İşığı" adlı monotamaşanın premyerasına qatılıb. Tamaşa milli ədəbiyyatın görkəmli nümayəndəsi Cəlil Məmmədquluzadənin irsinə həsr olunub.
Tamaşadan sonra tədbir Azərbaycan ədəbiyyatının görkəmli şairlərinin yaradıcılığına həsr olunmuş poeziya gecəsi ilə davam edib. Gecədə Səməd Vurğun, Nəbi Xəzri, Mikayıl Müşfiq, Musa Yaqub, Ramiz Rövşən və Hamlet İsaxanlı-nın şeirləri müəllim və şagirdlər tərəfindən səsləndirilib.
Sözügedən fotoları təqdim edirik:
Qalereya
Oxşar xəbərlər
"Liverpul" Mamardaşvili ilə bağlı qərarını verdi
İngiltərənin "Liverpul" klubu gürcüstanlı qapıçı Giorgi Mamardaşvilinin növbəti mövsümü icarə əsasında başqa komandada keçirməsini planlaşdırır. BAKU.WS xəbər v...