Qurban Qurbanov: "Vestri"ni artıq daha yaxından tanıyırıq"
Yeniliklərdən dərhal xəbərdar olun
"Qarabağ" UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab matçında qarşılaşacağı "Vestri"ni (İslandiya) artıq daha yaxından tanıyır.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov sözügedən matçdan əvvəl klubun mətbuat xidmətinə açıqlamasında bildirib.
O, cavab görüşünə yaxşı hazırlaşdıqlarını söyləyib:
"Komandamız oyuna tam hazırdır. Rəqibi artıq daha yaxından tanıyırıq. Oyunu təhlil etmişik. Baxmayaraq ki, uzun yol qət etmişik. Bununla belə, inanıram ki, futbolçularımız matça qədər özlərini tam hazır hiss edəcəklər. Hava soyuq olsa da, futbol üçün əlverişlidir. Heyətdə müəyyən dəyişiklik ola bilər".
Qeyd edək ki, "Qarabağ" "Vestri" kollektivini ilk matçda 3 cavabsız qolla məğlub edib.
Oxşar xəbərlər
Osimhen "Qalatasaray"ın yeni transferindən danışdı: "Möhtəşəm iş görüblər"
"Qalatasaray"ın hücumçusu Viktor Osimhen komandanın rusiyalı yarımmüdafiəçisi Aleksey Batrakovun transferini yüksək qiymətləndirib. BAKU.WS xəbər verir ki, nige...