Qurban Qurbanov: "Ola bilsin ki, futbolçular "Sabah"ın gücünü tam bilmirdilər"
Misli Premyer Liqasının XXII turunda "Sabah"la qarşılaşan "Qarabağ"ın futbolçuları rəqibin gücünü tam bilməyib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov oyundan sonra deyib.
Mütəxəssis rəqibin gücünə də toxunaraq, gələcək matçlarda daha diqqətli olmağın vacibliyini vurğulayıb:
"Belə hallar olur. Ola bilsin ki, futbolçular "Sabah"ın gücünü tam bilmirdilər. Çünki rəqib çox yaxşı formadadır, son 10 oyunda məğlub olmayıblar. Bu gün heç-heçə qeydə alındı, futbolçulara deyəcək sözüm yoxdur. Sadəcə, görünür ki, qarşıdakı oyunlarda daha diqqətli olmalıyıq və fikrimizi tam oyuna yönəltməliyik".
Təcrübəli mütəxəssis hər iki komandanın azarkeşlərinə təşəkkür edib:
"Ümumiyyətlə, çox maraqlı, baxımlı, sürətli və dinamik oyun alındı. Stadionda gözəl atmosfer var idi. Hər iki komandanın futbolçularına azarkeşlərə belə oyun nümayiş etdirdikləri üçün təşəkkür edirəm. Hesab 1:0 olduqdan sonra böyük risklərə gedirdik. Rəqibin hücum xəttində sürətli və usta oyunçuları var, hər iki epizoddan istifadə etdilər. Amma bu futboldur, hesabın 3:3 olması oyunu daha da maraqlı etdi".
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan "Qarabağ" - "Sabah" matçı 3:3 hesabı ilə yekunlaşıb.
Oxşar xəbərlər
Qurban Qurbanov: "Bizə ədəbsizlik etmişdi, bildirdim ki, üzr istəmək lazımdır"
"Oyundan sonra rəqib komandanın baş məşqçisi ilə matçda baş verən münaqişədən danışdıq". BAKU.WS "Qafqazinfo"ya istinadla xəbər verir ki, bunu "Qarabağ"ın baş m...