Qurban Qurbanov: "Neftçi" ilə oyuna tam hazırlaşa bilməmişdik"
Yeniliklərdən dərhal xəbərdar olun
"Elə bir oyun idi ki, komandam obtimal formasından uzaq idi. İtkilərimiz də var idi. Matça tam hazırlaşa bilməmişdik".
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Neftçi"yə 2:1hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XV tur oyunundan sonra deyib.
44 yaşlı mütəxəssis bildirib ki, hər futbolçum əsas heyətdə oynamağa layiqdir: "Futbolçular gözəl oyun göstərdilər. Yaxşı komandaya qarşı oynadıq. Futbolçuları təbrik edirəm. Qarşıda daha yaxşı oyunlar göstərə biləcəyik. "Keşlə" ilə kubok görüşündə də komandadan razı qalmışdım. Futbolçular 3-4 matçdan sonra formalarına qayıdırlar. Toral Bayramov bir neçə dəfə səhvlər etdi. Gənc olsa da, mən istəyirəm ki, bu yaşda daha tez böyüsünlər. Aqressiv danışırdım ki, özünü ələ ala bilsin"
Oxşar xəbərlər
Rəşad Sadıqov: "Belə oyunların sayı çox olsa, futbolumuz inkişaf edər"
“Maraqlı oyunun şahidi olduq. Çempionatımızda belə matçların sayı nə qədər çox olsa, futbolumuz, futbolçularımız bir o qədər inkişaf edər. Dinamik, sürətli müba...