Qurban Qurbanov: "Mən bu vəziyyəti gözləyirdim"
"Bu komandanın gücünü belə də bilirdik. İlk hissədə düşündüyümüz heç nə alınmadı. Rəqibin isə bütün hücumları uğurlu oldu".
BAKU.WS xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Nyukasl"la qarşılaşmadan sonra bildirib.
O əlavə edib ki, Çempionlar Liqasının çəkisi budur və komandalarının hamısı bu səviyyədədir:
"Meydandakı komandalarının gücü tam bilindi. Hər bir halda futbolçularıma təşəkkür edirəm. Bu günə kimi çox əziyyət çəkiblər. Bu gün ilk hissədə böyük zərbə aldılar. Sona kimi bizi dəstəkləyən azarkeşlərimizə də təşəkkür edirəm.
Bugünkü oyun bizə çox böyük dərs oldu. Mən bu vəziyyəti gözləyirdim. Həm mən, həm furbolçularım, həm də bizim futbol camiəsi üçün böyük təcrübə oldu. Hər birimiz belə komandalardan dərs çıxarmalıyıq".
Oxşar xəbərlər
DÇ-2026-da ən bahalı yığma komanda hansıdır?
DÇ-2026-da mübarizə aparan ən bahalı yığma komandalar məlum olub. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "The Touchline" məlumat yayıb. Bildirilib...