Qurban Qurbanov: İlk oyun göstərdi ki, çətin olacaq
16
avq
2019
21:27
İlk oyun göstərdi ki, çətin olacaq. Qarşımızda sıx qrafiki var".Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Keşlə"ni səfərdə 1:0 hesabı ilə məğlub etdikləri Premyer Liqanın I turunun açılış matçından sonra deyib.47 yaşlı mütəxəssis bildirib ki, qarşıda həm çempionat, həm avrokubok, həm də milli komandanın oyunları olacağı üçün futbolçular çətinliklə üzləşə bilərlər: "Məni hazırda nəticədən çox futbolçuların sağlamlığı narahat edir. Bütün fikirimiz bu oyunda idi. Şükürlər olsun ki, qalib gəldik. Bizim üçün vacib qələbə oldu. Bu gün bəzi futbolçular oynadı, bəzilərin qoruyub saxlaya bilərik. Qol vuran gənc futbolçumuz İsmayıl İbrahimlini təbrik edirəm. "Keşlə" Bizə çox çətinlik yaratdı. Ruslan Qurbanov, Meza Kolli kimi futbolçular götürüblər. Ümumiyyətlə, yeni oyunçuları təcrübəlidirlər".Qurbanov Fransanın "Genqam" klubunun rəsmilərinin Abdullah Zubiri transfer etmək üçün Bakıya gəlmələrinə dair xəbərlərə də şərh verib. O, belə bir təklif almadıqlarını, bu yöndə heç bir məlumatının olmadığını vurğulayıb.
Oxşar xəbərlər
Qurban Qurbanov: Bu oyun bizim üçün ağır olacaq
İlk oyunda rəqibi tanıdıq. Bizim üçün ciddi rəqibdir, oyun intizamı yüksəkdir, yaxşı müdafiə olunurlar. İlk matçda bizə çox çətinliklər yaratdılar.BAKU.WS xəbər...