Qurban Qurbanov: Bu məsələyə ehtiyatla yanaşıram
Yeniliklərdən dərhal xəbərdar olun
"Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov legioner futbolçuların milliləşdirilərək, milli komandaya cəlb olunması ilə bağlı məsələyə münasibət bildirib.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, "Neftçi" ilə oyunla bağlı keçirilən mətbuat konfransında jurnalistin sualını cavablandırarkən məsələyə ehtiyatla yanaşdığını vurğulayıb:
"Mən bu barədə, ümumiyyətlə, danışmıram. Çünki hər klubun və ona cavabdeh şəxslərin öz strategiyası var.
Hansısa bir məsləhət olsa, biz həmişə fikirlərimizi bildirmişik, amma heç kimin qərarına və fikrinə hörmətsizlik etmək istəmirik.
Həmişə hörmətlə yanaşmışıq".
Oxşar xəbərlər
Sumqayıtda cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq
Oktyabrın 30-da Sumqayıt Olimpiya İdman Kompleksində U-20 gənclər arasında cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq. Bu barədə BAKU.WS-ə Azərbaycan Cü...