İquain futbolçu karyerasını bitirir
Yeniliklərdən dərhal xəbərdar olun
Avropanın ən böyük klublarında çıxış edən argentinalı ulduz Qonzalo İquain futbolu tərk etmək qərarına gəlib.
BAKU.WS-in "Haber Global"a istinadla məlumatına görə, bu barədə onun atası Jorge İquain məlumat verib.
"O, Argentinaya qayıtmayacaq. Təqaüdə çıxacağını söylədi. Futbolu tərk etmək istəyir. Onun davam etməsini istədim. Bu qərar mənim üçün fəlakət oldu", - deyə atası bildirib.
"Real Madrid", "Napoli", "Yuventus", "Milan", "Çelsi" kimi komandalarda forma geyinən argentinalı futbolçu hazırda Bekhemə məxsus "İnter Mayami" komandasında çıxış edir.
Oxşar xəbərlər
UEFA prezidenti: "Real", "Barselona", "Yuventus" rəhbərliyi futbolu öldürməyə çalışırdı”
UEFA prezidenti Aleksander Çeferin Super Liqa yaratmaq cəhdlərinə görə İspaniyanın “Real Madrid", “Barselona" və İtaliyanın “Yuventus” klublarının rəhbərliyini...