Qran-Pridə iştirak edəcək Azərbaycan cüdoçuları açıqlandı
Yeniliklərdən dərhal xəbərdar olun
Portuqaliyanın Almada şəhərində keçiriləcək Qran-Pridə Azərbaycanı təmsil edəcək cüdoçular bəlli olub.
BAKU.WS federasiyanın yaydığı məlumata istinadən xəbər verir ki, Mövlud Mirəliyevin baş məşqçi olduğu kişilərdən ibarət milli komandanın heyətində Balabəy Ağayev, Rövşən Əliyev (hər ikisi 60 kq), Yaşar Nəcəfov (66 kq), Zaməddin Poladov (73 kq), Zelim Tskayev (81 kq), Rüfət İsmayılov (90 kq), Adil Kərimli (100 kq), İmran Yusifov, Uşanqi Kokauri (hər ikisi +100 kq) mübarizə aparacaq.
Rəşad Məmmədovun rəhbərlik etdiyi qadınlardan ibarət yığmada isə Aydan Vəliyeva, Şəfəq Həmidova (hər ikisi 48 kq) və Səbinə Əliyeva (52 kq) yer alıb.
Qeyd edək ki, 45 ölkədən 400-ə yaxın idmançının yarışacağı Qran-pri 28 - 30 yanvarda keçiriləcək.
Oxşar xəbərlər
Azərbaycan “Böyük dəbilqə”də daha bir medal qazanıb
Azərbaycan cüdoçusu Uşangi Kokauri Bakıda keçirilən Böyük Dəbilqədə bürünc medal uğrunda görüşə çıxıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, 100 kq-dan yu...