Azərbaycan yığması I MDB Oyunlarında 60 medal qazandı

Azərbaycan yığması I MDB Oyunlarında 60 medal qazandı
İdman 220

Azərbaycan yığması Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında çıxışını başa vurub.

BAKU.WS apasport.az-a istinadən xəbər verir ki, yarışa 126 idmançı ilə yollanan millimiz 60 medal qazanıb.

Təmsilçilərimiz 15 dəfə çempionluq sevinci yaşayıb. Azərbaycan idmançıları 16 gümüş və 29 bürünc medala da yiyələnib.

Millimiz mükafat sıralamasında 9 ölkə arasında 4-cü olub. Yığmamız Rusiya, Özbəkistan və Qazaxıstandan geri qalıb. Digər iştirakçı ölkələr daha az medal əldə edib. Bunlar Belarus, Qırğızıstan, Tacikistan, Ermənistan və Moldovadır.

Qeyd edək ki, sentyabrın 4-11-də keçirilən yarışda 9 ölkədən 14-23 yaşlı 1139 idmançı mübarizə aparıb. Onlar 16 növ üzrə 182 dəst medal üçün yarışıb.

Azərbaycan yığmasının medallarıQızılCamal Feyziyev – koreş, oğlanlar, mütləq çəkiRövşən Əliyev – cüdo, oğlanlar, 60 kqSəbinə Əliyeva – cüdo, qızlar, 52 kqİnci Əzizova – karate, qızlar, 48 kqCavid Həsənov – stend atıcılığı oğlanlar, skitNicat Məmmədli – sambo, oğlanlar, 58 kqElvin Bağırov – sambo, oğlanlar, 64 kqToğrul Salmanov – sambo, oğlanlar, +98 kqƏşrəf Əşirov – sərbəst güləş, 79 kqAbubakr Abakarov – sərbəst güləş, 86 kqOsman Nurmaqomedov – sərbəst güləş, 92 kqSərxan Məmmədov – yunan-Roma güləşi, 130 kqNihat Quluzadə - yunan-Roma güləşi, 55 kqHəsrət Cəfərov - yunan-Roma güləşi, 67 kqDiki Dvi Pangestu – badminton, oğlanlar, fərdiGümüşRəvan Nitfəliyev, Diki Dvi Panqastu, Muhammed Amri, Aqil Qabilov, Era Mafruxa, Nigar Əliyeva, Mədinə Nağıyeva, Həcər Nuriyeva – badminton, qarışıq komandaƏlisəftər Məmmədli – koreş, oğlanlar, 85 kqRövşən Əliyev, Əhməd Yusifov, Elçin Hüseynov, Murad Fətiyev, Adil Kərimli, Yaşar Nəcəfov, Zelim Tçkayev, Südabə Ağayeva, Səbinə Əliyeva, Ramilə Əliyeva, Nərmin Əmirli, Zeynəb Məmmədova, Şəfəq Həmidova, Diana Şoranova – cüdo, komandaƏhməd Yusifov – cüdo, oğlanlar, 60 kqOsman Osmanlı – karate, oğlanlar, 48 kqƏminağa Quliyev – karate, oğlanlar, 60 kqHəsənəli Həsənov – karate, oğlanlar, kataRəvan Ağazadə - tayboks, oğlanlar, 67 kq

Son xəbərlər