"Qəbələ"nin baş məşqçisi: "Qarabağ"ın reklama ehtiyacı yoxdur"

Qəbələnin baş məşqçisi: Qarabağın reklama ehtiyacı yoxdur
İdman 86

"Bilirdik ki, çempionatın liderinə qarşı oynayırıq. "Qarabağ"ın reklama ehtiyacı yoxdur. Oturuşmuş heyəti var, dominantlıq etməyi sevir. Bizim də öz oyun planımız var idi. Komanda zaman-zaman tapşırıqların öhdəsindən gəlirdi. Çıxışımızdan razı qaldım. İnanıram ki, getdikcə inkişaf edəcəyik".

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu "Qəbələ" klubunun baş məşqçisi Elmar Baxşıyev səfərdə "Qarabağ"a 0:2 hesabı ilə uduzduqları Premyer Liqanın VI tur matçından sonra mətbuat konfransında deyib.

41 yaşlı mütəxəssis bildirib ki, "Qarabağ" rəqibə çox qol şansı vermir: "Əlimizə düşən imkanları dəyərləndirsəydik, hər şey fərqli ola bilərdi. Ehtiyat qüvvəmiz azdır, rotasiya etməkdə çətinlik çəkirik. Buna baxmayaraq, komanda mənim istədiyimi verir".

Baxşıyevin sözlərinə görə, oyundankənar vəziyyətə düşmək normaldır: "Düşünürəm ki, rəqibin futbolçuların ustalığı buna gətirib çıxarırdı".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər