"Qəbələ" "Zirə"ni məğlub edərək 4-cü pilləyə yüksəldi

Qəbələ Zirəni məğlub edərək 4-cü pilləyə yüksəldi
İdman 55

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXV turun daha bir oyunu keçirilib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, günün ilk matçında "Zirə" "Qəbələ"ni qəbul edib.

Zirə İdman Kompleksinin stadionundakı qarşılaşma əyalət təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Qəbələ"nin qollarını 26-cı dəqiqədə Fernan Lopes, 45-ci dəqiqədə Rafael Utziq, 81-ci dəqiqədə Omar Hani vurub.

Qələbə sayəsində xallarının sayını 38-ə çatdıran "qırmızı-qaralar" 4-cü pilləyə yüksəlib. 42 xala malik "qartallar" isə üçüncü sıradadır.

Qeyd edək ki, günün ikinci matçında "Sumqayıt" "Neftçi"ni qəbul edəcək. İlk oyun günündə "Şamaxı" evdə "Səbail"ə qolsuz, "Qarabağ" isə "Sabah"la 1:1 hesablı heç-heçə edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər