Azərbaycan Premyer Liqası: "Qəbələ" "Sumqayıt"a qalib gəldi
Yeniliklərdən dərhal xəbərdar olun
Futbol üzrə Azərbaycan Premyer Liqasında XI tura yekun vurulub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, turun son oyununda "Qəbələ" "Sumqayıt"ı qəbul edib. Qəbələ şəhər stadionundakı qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Görüşdə hər 3 qol ikinci hissədə vurulub. 65-ci dəqiqədə Ülvi İsgəndərov "qırmızı-qaralar"ı önə keçirib. Cəmi 2 dəqiqə sonra Rafael Utziq qonaqları növbəti dəfə cəzalandırıb. 80-ci dəqiqədə "gənclik şəhəri" təmsilçisinin müdafiəçisi Höccət Haqverdi buraxılan qollardan birinin əvəzini çıxıb. Lakin bundan 4 dəqiqə sonra "Sumqayıt" azlıqda qalıb. Komandanın kapitanı Vurğun Hüseynov rəqibin hücumunun qarşısını kobudluqla aldığı üçün birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.
Beləliklə, "Qəbələ" bu qalibiyyət sayəsində xallarını 21-ə çatdıraraq 2-ci pilləyə yüksəlib. 11 xalı olan "Sumqayıt" isə 6-cı sırada qalıb.
Qeyd edək ki, turun əvvəlki 3 oyununda "Qarabağ" "Keşlə"yə 1:0, "Zirə" "Səbail"ə 3:1, "Sabah" isə "Neftçi"yə 2:1 hesabı ilə qalib gəlib.
Oxşar xəbərlər
Azərbaycan Premyer Liqası: "Sumqayıt" 6 oyundan sonra qələbə qazandı
Futbol üzrə Azərbaycan Premyer Liqasında IX tura yekun vurulub. BAKU.WS "Report"a istinadən xəbər verir ki, turun son oyununda "Sumqayıt" "Səbail"i qəbul edib....